Cəmiyyət

Bədəndə xal olması insana Allah yanında bir üstünlük gətirirmi?

20 Noyabr 2021 21:55
0 Şərh     Baxış: 1 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əvvəla, qeyd edək ki, Allah yanında insana ütünlük gətirən və onu dəyərli edən cəhət təqvadır, yəni Allahın əmr və qadağanlarına ciddi şəkild riayət etmək və günahlardan çəkinməkdir. Hər kəsin təqvası daha çoxdursa, Allah yanında dəyəri də daha artıqdır. Sağlam əqidə, saleh əməllər də insanı Allah yanında ucaldır.

Bədəndə xal və ya digər fiziki fərqliliklərin olmasının isə ciddi bir əhəmiyyəti yoxdur. Bəzən mövhumatçı şəxslər alında, kürəkdə, qolda xalın olmasını bir üstünlük kimi qələmə verir, bu cür adamların vergili olduğunu təbliğ edirlər. Əslində isə bunun heç bir dini əsası yoxdur.

Bunu da qeyd edək ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) fərqləndirici xüsusiyyətlərindən biri çiynində "peyğəmbərlik möhrü" adlandırılan xalın olması idi. Lakin bu xal xüsusi bir özəlliyə malik idi və peyğəmbərə məxsus idi. Bu üstünlüyün adi insanlara aidiyyatı yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.