Saç kəpəklənməsinin səbəbləri və müalicəsi. Həkim tövsiyələri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kəpək saçlı dərinin en çox rast gəlinən, həm qadınların, həm də kişilərin saçla bağlı yaşadıqları ortaq problemlərdən biridir.
Kəpək bir dəri xəstəliyidir. Keçici deyildir. Başda az miqdarda kəpək olması tam normal fizioloji prosesdir. Əgər kəpək problemi çox aşırı dərəcədədirsə, saç dərisi tez-tez soyulur və iri-iri dərilər tökülərsə bu zaman həkim trixoloqa (saç üzrə mütəxəssis) müraciət etməkdə fayda var.
Kəpək problemi həkim trixoloq tərəfindən müalicə olunmazsa bu digər xəstəliklərə - seboreik dermatitə yol aça bilir. Bu xəstəlikdə sadəcə saç dərisində deyil, burun kənarlarında, göz qapaqlarında, qulaq arxası kimi bölgələrdə də kəpəklənmələr olur. Bundan başqa kəpək problemi dəmrov, psoriaz kimi digər xəstəliklərə də gətirib çıxara bilər.
Həkim trixoloq tərəfindən müayinə və aparat diaqnostikasından keçərək kəpəyin əmələ gəlmə səbəbi aydınlaşdırılır və müvafiq müalicə təyin olunur. Bura xüsusi pəhrizlər, vitamin və mikroelementlərdən ibarət vitamin serrumları, xüsusi hazırlanmış maska və şampunlar və s. daxildir. Əgər trixoloq daxili orqanların xəstəlikləri ola biləcəyindən şübhələnərsə bu zaman digər mütəxəssislərin müayinəsinə də göndərir.
Kəpək saç köklərinin ölü dərisinin pul-pul tökülməsidir. İnsan bədəni daima ölü hüceyrələr atır və bu da təxminən 24 gündən bir özünü yeniləmək anlamına gəlir. Baş dərisindəki ölü dəri hüceyrələrinin vaxtından əvvəl anormal hal kimi quruyaraq baş dərisindən atılması vəziyyətinə kəpək deyilir.
Ölmüş dəri hüceyrələri baş dərisinin səthində toplanması nəticəsində saçlar normal "nəfəs almadığına" görə zəifləyir, qırılır və tökülməyə başlayır.
Saçdakı kəpək probleminin 2 səbəbi var. Daxili və xarici səbəblər.
Daxili səbəblər:
- Hormonal dəyişikliklər
- Sağlamlıq problemləri
- Çox tərləmə
- Yetərsiz təmizlik
- Yanlış bəslənmə
- Allergiya
- Yorğunluq
- İmmunitetin zəiflənməsi
Xarici səbəblər:
- Saç boyaları və saç spreyləri
- Hava dəyişimi (soyuq hava və quru məkanlar)
- Saçın gec-gec yuyulması və yaxşı qurudulmaması
- Stress, panik.
Kəpəyin yaranmasına təkan verən Pityrosporum adı ilə tanınan Malassezia adlı yağla bəslənən maya bənzərli göbələkdir. Bu göbələk sağlam insanların saç dərisində də yaşayır və bir problem yaratmır, sadəcə saçı kəpəkləndirir. Ancaq yuxarıda qeyd etdiyimiz daxili və xarici səbəblər üzündən onların miqdarı birdən-birə artmağa başlayır ki, bu da kəpəklərin əmələ gəlməsinə səbəb olur.
Kəpəyin profilaktikasında əsas məsələ başın dərisinə və saçlara düzgün qulluq edilməsidir.
Əsas məsələlərdən biri də lazımi qədər meyvə tərəvəzlərdən istifadə etməklə düzgün qidalanmaq və həmçinin yetərli miqdarda su içməkdir. Su hüceyrələrdəki toksinlərin atılmasına və dərinin təbii halının qorunmasına yardımçı olur.
Günəş şüalarının kəpəyin azaldılmasında böyük rolu var.
Sizə çox effektli kəpək əleyhinə maskaları təqdim edirik.
1. Tərkib:
- 2 stəkan su, yarım stəkan alma sirkəsi, 4 x.q. bibəriyyə otu, 10 damcı çayağacı yağı, 1 x.q. bağayarpağı otu.
Hazırlanması:
Sirkə və suyu qarışdırılır və qaynadılır. İçərisinə bağayarpağı və bibəriyyə otu əlavə olunur. Dəmləməsi üçün 2 saat gözlənilir. Süzdükdən sonra çayağacı yağı əlavə edilir. 10-15 dəq sonra kükürtlü sabunla və ya lavanta tərkibli şampunlarla yuyulur.
2. Alma sirkəsini isidib, içərisinə 1 ovuc bağayarpağı əlavə edib 15 dəq. dəmlədikdən sonra süzüb, saçlı dəriyə massajla yeridilir.
Kəpəkdən qurtulmağın təbii yolları:
1. Saçınızı təmiz saxlayın.
2. Tibbi sampundan istifadə edərkən baş dərinizdə ən azı 5 dəq. saxlayın.
3. Saçlarınızı taxta daraqla darayın.
4. Stresdən uzaq durmağa çalışın.
5. Sağlıqlı bəslənin (fast-food, şəkərli qidaları azaldın).
6. Gün ərzində 2 l su için.
7. Aspirinlə müalicə (şampuna aspirin tozu qatmaq).
8. Təbii yağlardan istifadə.
9. Baş dərinizi ev şəraitində pilinq edin (duz və ya soda ilə).
10. Təbii maskalar edin (banan və alma sirkəsi ilə).
11. Çəmən otu toxumunun dəmləməsindən istifadə edin.
12. Tərkibində sodium lauryl sulfat (sls) şampunlardan uzaq olun.
Sizə sağlam həyat və sağlam saçlar arzulayırıq!
Aytəkin Quliyeva
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
XƏBƏR LENTİ
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır





