Bir nəfəs qədər... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
8 Noyabr - Zəfər Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında qəhrəmanlıq salnaməmizi özündə əks etdirən Samir Qulamovun "Bir nəfəs qədər" pyesinin premyerası olub.
Səbail Rayon İcra Hakimiyyəti ilə birlikdə düzənlənən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov xalqımızın bir il bundan öncəki böyük və tarixi qələbəsindən danışıb, tədbirə toplaşan şəhid ailələrinə, qazi və əsgərlərimizə bu böyük Zəfərin həyatımızdakı misilsiz rolundan söz açıb. Bu qələbədə Ali Baş Komandanımızın, onun ətrafında dəmir yumruq kimi birləşən hər bir Azərbaycan vətəndaşının nə qədər böyük zəhmətinin olduğunu qeyd edib.
Rayon ərazisində yaşayan əsgər və şəhid ailələrinə göstərilən qayğıdan söhbət açan V.Zeynalov bu işlərin bundan sonra da davamlı olaraq görüləcəyini vurğulayıb.
Sonra isə Akademik Musiqili Teatrın aktyorlarının ifasında Samir Qulamovun "BİR NƏFƏS QƏDƏR" tamaşasının premyerası təqdim olunub. Əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Tamaşa qürur mənbəyimiz olan şəhidlərə, qazilərə, əsgər övladlarımıza və Zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunub. Səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu haçansa mütləq qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır...
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, konsertmeyster Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada eyni zamanda Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.
Səhnə əsərində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Mehriban Zaliyeva, Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev, orkestr və balet artistləri iştirak edirlər. Böyük uğurla keçən tamaşada əsərin yaradıcı heyəti coşqu ilə qarşılanıb, onlara gül-çiçək dəstələri təqdim olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İldə bu qədər məbləğdən çox pul köçürə bilməyəcəksiniz
-
Azərbaycanın yeni BARS dronu - (Foto)
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
XƏBƏR LENTİ
-
İran səfiri Gürcüstan XİN-ə çağırıldı
-
İldə bu qədər məbləğdən çox pul köçürə bilməyəcəksiniz
-
Azərbaycanın yeni BARS dronu - (Foto)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticələri açıqlandı
-
Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq
-
Bu şəxslərin maaşı artırılır - Qərar qəbul edildi
-
Azərbaycan boksçuları Avropa çempionatında mübarizəyə başlayır
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
-
Azərbaycanda dövlət qulluğu qaydaları dəyişir
-
Sergey Melikov yeni vəzifəyə təyin olundu
-
Futbol klubunun prezidenti başından güllələndi
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Əməkdar artist: "Müğənni yazılan o pis sözləri özü qazanıb" - (Video)
-
Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı
-
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
Qaçırıldığı iddia olunan təyyarədə nə baş verib?: “Qışqırıq və bağırtılar eşitdik”
-
S-400-lər Türkiyədən başqa ölkəyə veriləcək?
-
Sabahdan onlayn kreditlər belə veriləcək - Yeni qaydalar
-
Prokuror Saleh Səmədova 9 il həbs istədi
-
Dilan Polat yenə saxlanıldı - Tutulma anı - (Video)
-
"Bu sərgi dünyaya verilən mesajdır" - Fulya Öztürk
-
Hasan Şaşın narkotik testi müsbət çıxdı, Yağız Sabuncuoğlunun isə...





