Cəmiyyət

Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

6 Noyabr 2021 09:00
0 Şərh     Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bozdağ fərdi yaşayış massivində, 16-cı döngə, ev 14 ünvanında baş verib.

1978-ci il təvəllüdlü İnqilab Qara oğlu Yusifzadə, onun arvadı, 1978-ci il təvəllüdlü Azadə Afiq qızı Yusifzadə, həmçinin ailə başçısının anası və iki övladı yaşadığı evdə dəm qazından zəhərlənib. Nənənin və uşaqların durumu ilkin tibbi yardım göstərildikdən sonra normallaşıb. Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.