Cəmiyyət

Həzrət Adəmin canişini kim olub?

7 Noyabr 2021 23:50
0 Şərh     Baxış: 1 220
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həzrət Adəmlə (ə) Həvvanın çoxlu övladı olmuşdur, bunlardan ikisi - Habillə Qabil dini kitablarda daha çox xatırlanır. Adəm Peyğəmbər (ə) vəfat edərкən Allahın əmri ilə oğlu Şeysi (onun adını Şis kimi də yazmışlar) öz yerinə canişin təyin etdi. Rəvayətlərə görə, Həzrət Adəmin (ə) bütün övladları ekiz halda, yalnız Həzrət Şeys (ə) tək doğulmuşdur. Şeys (ə) də peyğəmbər olmuş, uzun ömür sürmüş, Adəm övladlarını haqqa doğru çağırmışdır. Qabilin nəsli onunla düşmənçilik etmiş və məğlub olmuşdu. Həzrət Şeys peyğəmbərə (ə) Allah-Taala 50 səhifə şəklində vəhy nazil etdi. Bütün sonrakı peyğəmbərlər, o cümlədən, Həzrət İdris (ə), Nuh (ə) və daha sonra Həzrət Mühəmməd (s) də Şeysin (ə) nəslindən idi. Şeys peyğəmbərin (ə) adı Bibliyada Sif şəklində çəkilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.