Cəmiyyət

Kürdəmirdə traktorçu ağır xəsarət alıb

2 Noyabr 2021 22:12
0 Şərh     Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə əkin sahəsində şum işləri aparan traktorçu ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, rayonun Qarasu kənd sakini, 26 yaşlı Teyyubov Emil Afiq oğlu əkin sahəsində traktorla iş görən zaman idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı tros yerindən çixaraq ona çırpılıb.

Nəticədə Emil Teyyubov ağır xəsarət alaraq ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.