Cəmiyyət

Duanın qəbul olmasının zəruri 2 şərti

2 Noyabr 2021 23:10
0 Şərh     Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quran buyurur ki, bəndənin Allaha dua etməsi - onun vəzifəsidir, belə ki, Allahdan hacətini istəməmək Ona qarşı etinasız olmaq mənasını verər. Allah buyurur: "Əgər sizin duanız olmasaydı, Allah sizə etina etməzdi".

Duanın qəbul olmasının iki şərti vardır:

1. Dua etmək.

2. Xaliscəsinə Allahdan istəmək, başqasından deyil.

Bəzi dualar qəbul olmur və zahirən bunun səbəbi odur ki, duada bu şərtlərdən biri olmamışdır. Yəni ya dua həqiqi deyildir, ya da dua edən Allahdan xaliscəsinə istəməmişdir.

Bəzən də dua qəbul olar və ancaq dua edən qafil olur. Çünki qəbul olan duaların növləri vardır:

1. yerinə yetməsi təxirə düşən;

2. axirətdə yerinə yetən;

3. ehsana çevrilərək yerinə yetən.

Ona görə də duanın bu iki şərtinin həyata keçməsi üçün çalışmalıyıq. Xüsusilə də duada ixlas olmalıdır. Əlbəttə bəzən Allah da böyüklüyünə görə ixlası olmayan duaları da müsbət cavablandırar və yerinə yetirər.

Beləliklə bu iki məqalədən belə nəticə çıxartmaq olar ki, bəndənin duası iki şərt olmadan qəbul olmaz. Birincisi onu Allahdan istəməlidir və ikincisi isə onu səmimi qəlbdən istəməlidir, xaliscəsinə istəməlidir. Yəni keyfiyyəti mühümdür. Duanın qəbul olmasına mane olan amilləri aradan qaldırmalıdır ki, onlardan biri də günahdır. Bunu da yaddan çıxartmaq lazım deyildir ki, bəzi duaların qəbul olması qiyamətə saxlanılmışdır. Həmin günü bizə hədiyyə kimi təqdim ediləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.