Cəmiyyət

Dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsi nə vəd edir? - VİDEO

1 Noyabr 2021 14:24
1 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürülməsi büdcə gəlirlərində əhəmiyyətli yüksəlişə səbəb olacaq.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  Azərbaycan iqtisadiyyatında istehsalda və ixracda fenomen məhsul rolunu oynayan neft və neft məhsullarının qiymətinin artımı gələn il büdcəyə iki formada təsir edəcək.

Xezerxeber.az-ın məlumatına görə, gələn il üçün proqnozlarda neftin büdcə qiymətinin nəzərdə tutulan 45 dollarlıq həddən 50 dollar həddinə qaldırılması Dövlət Neft Fondundan büdcəyə transferti kəskin şəkildə artıracaq. Əgər 2021-ci ildə Dövlət Neft Fondundan büdcəyə 12.2 milyard manat vəsait transfert edilmişdisə, indi bu rəqəm əhəmiyyətli şəkildə artacaq.

Qeyd edək ki, neftin dünya bazarındakı qiyməti son günlər 85 dollardan baha satılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.