Cəmiyyət

Yumşalmalar Bakıda ticarət obyektlərinin qiymətini bahalaşdırıb

27 Oktyabr 2021 08:25
0 Şərh     Baxış: 1 172

Karantin rejiminin yumşaldılması Bakıda kommersiya obyektlərinin satış qiymətinin bahalaşmasına səbəb olub.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında Bakıda kommersiya obyektlərinin qiyməti 3,70 faiz bahalaşıb.

Kommersiya obyektlərinin bir kvadratmetrinin orta qiyməti 3420 manat təşkil edib. Sentyabr ayında 452 kommersiya obyekti satışa çıxarılıb.

Lakin sentyabr ayında kommersiya obyektlərinin icarə qiyməti ucuzlaşıb. Belə ki, ötən ay bu obyektlərin icarə qiyməti 4,85 faiz ucuzlaşıb.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.