Cəmiyyət

Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub

26 Oktyabr 2021 18:18
0 Şərh     Baxış: 286

Milli Paralimpiya Komitəsinin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.

MPK-dan verilən məlumata görə, toplantıda Afiq Süleymanov qurumun fəxri vitse-prezidenti seçilib.

Eyni zamanda, məşqçilər şurası və nizam-intizam komissiyasının heyətləri təsdiq edilib, Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiya yaradılıb.

Məşqçilər şurasının sədri Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, nizam-intizam komissiyasının rəhbəri isə komitənin vitse-prezidenti İlham Zəkiyev təyin edilib.

Qarabağ qaziləri ilə iş və idman seleksiyası komissiyasının tərkibinin formalaşdırılması Süleymanova tapşırılıb.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.