“Bəzən uşağa verməyə yemək tapmıram” - AST Telmanın içkiyə qurşanan eks-gəlini
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılovun keçmiş qeyri-rəsmi nikahlı həyat yoldaşı Yekaterina Romanova içkiyə qurşanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aparıcı Andrey Malaxovun "Pryamoy efir" ("Прямой эфир") tok-şousunda danışılıb.
Verilişdə Y. Romanovanın Kalujsk vilayətinin Borovsk şəhərindəki mənzilindən görüntülər nümayiş etdirilib. Məlum olub ki, qadın hədsiz çox içməyə başlayıb və buna görə çox utanır:
"Anam çox içirdi, amma mən onu qovdum. Qorxurdum ki, bunun hamısını uşaqlar görür. Onda mən belə içmirdim. Düşünürəm ki, Allah məni anamı qovduğuma və onun öldüyünə görə cəzalandırır. Mənim başqa heç kimim yoxdur. Ruslana (qadının qızı-red.) öz həyatını yaşayır, özümü burada tək hiss edirəm. Alkoqol göz yaşlarının çıxmasına kömək edir, işsiz qalandan içməyə başladım. Kommunal borclarım var, bəzən uşağa verməyə yemək tapmıram. Məni ölümə aparan dəhşətli vəziyyətdəyəm. Ölmək istəmirəm, övladlarımın xoşbəxt olmağını istəyirəm. Mən çox utanıram, bu problemdən (alkoqol asılılığı-red.) qurtulmaq istəyirəm. Bu, əsas problemdir. Mənə narkoloji kömək lazımdır".
Y. Romanovanın qızı Ruslana isə deyib ki, DNT testi vasitəsilə Sərxan İsmayılovla qohumluq əlaqəsi təsdiqlənəndən sonra (oliqarxın oğlu və Yekaterina Romanova arasında rəsmi nikah olmayıb-red.) miras üstündə mübarizə aparmağa başlayacaq. Efirdə o da qeyd olunub ki, Ruslananın beş yaşı olarkən atası ona qırmızı "Bentley" hədiyyə edib. Lakin, ananın sözlərinə görə, Sərxan avtomobili qumarda uduzub.
Y. Romanova, həmçinin keçmiş qayınatası Telman İsmayılovla bağlı danışıb: "Ona bir insan kimi yazığım gəlir. Əgər məhkəmə olsa, qızımla gedəcəyəm. O, onu dəstəkləmək niyyətindədir, bəlkə, heç olmasa bu yolla babası ilə görüşə bilər". Qadın T. İsmayılovu günahkar hesab edir, lakin insan kimi ona yazığı gəlir, çünki sonuncu onun övladları - qızı Ruslana və oğlu Davidin babasıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb





