Abşeron sahillərinə çıxan cəsədlər: Balıqçılar suitiləri niyə kütləvi öldürür? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəzərin Abşeron sahillərində bir neçə gün ərzində Qırmızı Kitaba daxil edilən 16 suiti cəsədi aşkarlanıb. Bu barədə eko-fəallar sosial şəbəkələrdə məlumat və görüntüləri yayıblar. Xəzər suitilərinin çoxsaylı ölümünün balıq ovu fəaliyyətinin nəticəsi olduğu güman edilir. Təxminlərə görə suitilər sintetik torlara və qarmaqlara keçərək ölürlər. Buna balıqçılıqda "by-catch" deyilir və nəsli kəsilmək üzrə olan dəniz canlılarının mühafizəsində ən çətin məsələlərdən biridir.
"Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Nardaran sahillərində monitorinqlər keçirdik, cəmi 12 kilometrlik məsafədə 16 Xəzər suitisi leşi aşkarlandı. Bir neçə suitinin bədənində qarmaq və kəndirlərin izi tapıldı, suitilərin bütün sahil boyunca ancaq tor qurulan çimərliklərdə və kompakt şəkildə tapılması onların balıqçılar tərəfindən öldürüldüyünü söyləməyə əsas verir. Torlar və nərəkimilərin tutulması üçün dənizin dibinə düzülmüş qarmaqlardan balıqlar çıxarılarkən, ölmüş suitilər lazımsız məhsul kimi dənizə atılır, sonra dalğalar onları vurub sahilə çıxarır. Cəsədlərə quşların və heyvanların demək olar ki, toxunmaması onların cəsədlərinin sahilə çıxmasından xeyli əvvəl öldüklərini deməyə əsas verir",-həmin məlumatda deyilirdi.

Qeyd edək ki, Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır və dünyada ən kiçik suiti növüdür. 2008-ci ildən Beynəlxalq Təbiəti Qoruma Birliyi (İUCN) bu heyvanların yox olma təhlükəsi daşıyan canlı statusu ilə beynəlxalq mühafizə altına alınmasına qərar verib və Azərbaycanın Qırmızı Kitabına daxil edilib. Eko-aktivistlər problemin ciddiliyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qanunsuz balıq ovu alətləri və təcrübələri ilə mübarizəni gücləndirməyə, xüsusilə suitilərin miqrasiyası aylarında bu məsələyə diqqət ayırmağa çağırıblar.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov dedi ki, monitorinq və araşdırmalar hazırda Xəzərin ekosisteminin çox bərbad vəziyyətdə olduğunu sübut edir.

"Bir həftə əvvəl Xəzərin Pirşağı çimərliyində monitorinq apardıq və 10 suiti cəsədi ilə rastlaşdıq. Biz həmin ərazilərdə suitilərə balıqçılar tərəfindən zərər vurulduğunu müşahidə etdik. Suitilər həqiqətən balıqçıların toruna düşüb",-S.Süleymanov deyib.
Suitilər dənizin açıq hissəsində balıqlarla qidalanırlar. Mütəxəssisin sözlərinə görə, suitilər tora düşmüş balıqlardan daha çox istifadə edirlər və nəticədə özləri də tora düşürlər. Amma balıqçılar suitilərə qarşı aqressiv davranırlar: "Ölmüş suitilərin bədəninin bir neçə yerində kəsici alətlərlə edilmiş dəliklər müşahidə etdik. Yəni balıqçılar heyvanları yaralayırlar, ölən ölür, ölməyən də qan itirə-itirə sahilə çıxır. Onların bəziləri yaxın vaxtlarda məhv olmuşdu".

S.Süleymanov qeyd edib ki, balıqçılar icazə alıb balıq ovu ilə məşğul olurlar. Amma bu onlara Qırmızı Kitaba düşmüş suitiləri öldürmək, yaralamaq haqqı vermir: "Deyirlər ki, tədbir görüləcək, amma yenə də eyni vəziyyətlə qarşılaşırıq. Ay yarım-iki ay əvvəl Pirşağıda da suiti cəsədlərinə rast gəlmişdik".
İnstitut əməkdaşı deyir ki, suitilər get-gedə azalır, demək olar ki, onların ehtiyatının 50-80 faizi tükənib.
"Təxminən 2 ay əvvəl Xəzərdə hərtərəfli tədqiqat apardıq. Dənizin orta və cənub ərazilərində müşahidələr zamanı cəmi 6 suitiyə rast gəldik, deməli, suitilər artıq tükənir. Suitilərin çoxalma səbəblərinin ortadan qalxması, Xəzərdə normadan artıq ov alətləri, qurma torların olması buna təsir edir. İndiki torlar sintetik materiallardan (jilka) hazırlanır, suiti tora düşəndə oradan çıxa bilmir. Bir az çırpınandan sonra bədəni zədələnir. Buna görə də bu cür torların ölkəyə gətirilməsinin qarşısını almaq lazımdır. Hətta nərə cinsli balıqların körpələri də o tora düşür, azad ola bilmir. Bu alət balıqları qəddarcasına məhv edir",-S. Süleymanov deyib.

Mütəxəssis qeyd edib ki, son bir ayda aparılan müşahidələr Xəzərin ekosisteminin bərbad vəziyyətdə olduğunu söyləməyə əsas verir. Dəniz sahildən 400-500 metr çəkilib, səviyyəsi 1,5-1,7 metr aşağı düşüb. Bu o deməkdir ki, Xəzərdə keçici və yarımkeçici balıqların həyatına son qoyulur. Yarımkeçirici balıqlar Xəzərin sahillərində kürü tökürlər. Su çəkiləndən sonra bitkilər sahildə qalıb quruyur. "Yəni keçici və yarımkeçici balıqların vəziyyəti çox çətindir, onların kürü tökmə yeri yoxdur",-həmsöhbətimiz bildirib.
O deyir ki, iki həftə ərzində dənizdə araşdırma aparıblar, cəmi iki yerdə - Lənkəranda 10 metr dərinlikdə, Giləzi ərazisində 25 metr dərinlikdə tilova balıq düşüb: "2000-ci ildə elmi tədqiqat aparan zaman tilova 52 nərə cinsli balıq düşmüşdü. Bu il bir balıq düşdü, onun da uzunluğu 47 santimetr idi. (Elmi tədqiqat və ya araşdırma üçün tutulan Qırmızı Kitaba düşmüş balıq növü yenidən dənizə qaytarılır). Bu o deməkdir ki, balıq yoxdur. Gələn ayın əvvəlində yenə dənizə çıxacağıq ki, qış fəslində vəziyyətin necə olduğunu müşahidə edək".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova isə bildirib ki, suiti cəsədlərinin aşkarlandığı ərazilərdə monitorinqlər keçirilib. Cəsədlərin üzərində xəsarət izləri, brokonyer torları, kəsici alətlərin yeri görünüb. Lakin suiti ölümlərini yalnız balıqçılıqla əlaqələndirmək doğru deyil. Çünki suitilər ilin bu dövründə şimal sahillərinə, Rusiya, Qazaxıstana miqrasiya eləməyə başlayır, yazda geri qayıdırlar. Miqrasiya edən zaman yaşlı fərdlər məhv ola bilir.
"Suitilərin balıqçı torlarına ilişməsi faktlarını müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən daimi reydlər keçirilir. Son dövrlərdə reydlər intensivləşdirilib. Ötən həftə Abşeron sahillərində reydlərə başlanılıb və balıqçılara məlumatlar verilib, Reydlərin Xəzərin digər ərazilərində də həyata keçirilməsi planlaşdırılır", -A.Səmədova deyib.
Onun sözlərinə görə, təkcə suitilər deyil, digər heyvanların ovlaması və ya heyvanlara zərər vurulması ilə bağlı qanunazidd faktlar aşkarlandığı halda cərimələr tətbiq olunur.
Cərimələr isə göründüyü kimi, Azərbaycanda, o cümlədən Xəzərdə ekosistemə ağır zərərin vurulmasının qarşısını ala bilmir...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
XƏBƏR LENTİ
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür





