Türk Dünyası (turkic.world) layihəsi İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olundu - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün İstanbulda keçirilən Türk Şurasının Media forumunda panel çıxışları zamanı Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin "Albayrak Media Group"unun təşəbbüsü ilə reallaşan və türkdilli ölkələrin xəbərlərini yayımlayan "Türk Dünyası" (www.turkic.world) layihəsi müzakirə olunub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, paneldə çıxış edən "Albayrak Media Group" təmsilçisi Samir Babaoğlu qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada örnək ola biləcək dostluq və qardaşlıq mühitində xalqlarımızın mənafeyi naminə irəliyə apardıqları dövlətlərarası münasibətlər bu gün sözün əsl mənasında özünün ən parlaq dövrünü yaşayır: "Əminliklə söyləyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığının özəyini təşkil etdiyi böyük türk birliyi yeni mərhələyə qədəm qoymaqdadır. 44 günlük müharibə dövründə Türkiyə Respublikasının Azərbaycanın yanında olması, Azərbaycana siyasi və mənəvi dəstəyi media sahəsində əvəzsiz oldu. Bu təcrübə dövlətlərimizin təsir və təzyiqlərə birgə koordinasiyalı cavab verməsinin, bir sözlə, media sahəsində əlaqələrimizi inkişaf etdirməyin vacibliyini vurğuladı. Azərbaycan və Türkiyə media vasitəsilə öz haqq səsini bütün dünyaya çatdırdı".
S.Babaoğlu, həmçinin bildirib ki, "Albayrak Media Group" olaraq Azərbaycanın beynəlxalq informasiya agentliyi "TREND" ilə birgə Türk dünyasında birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq, ölkə başçılarımızın səyləri nəticəsində möhkəmlənən əlaqələrimzin media sahəsində uğurla davam etdirmək məqsədilə "Türk dünyası" (Turkic.World) media platformasını təsis ediblər: "Sevinclə bildiririk ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "TurkicWorld" gözləntilərimizi doğrultdu. Türk Dünyası hazırda xəbərlərini rus və ingilis dillərində də yayımlayır. Bu il mayın 24-də başladığımız media layihəsinə qısa müddət ərzində Qırğızıstan və Türkmənistan qoşulub. Yaxın zamanda Özbəkistan və Qazaxstanın da bu layihədə iştirakını gözləyirik. Fürsətdən istifadə edərək, həm Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyinə, həm də Türmənistan Xarici İşlər Nazirliyinə bu layihəyə qoşulduqları üçün təşəkkür edirik"
Qeyd edək ki, bu il mayın 24-də Bakıda "Türk Dünyası" (www.turkic.world) ilk rəqəmsal layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimat mərasimində media strukturlarının rəhbərləri, türkdilli dövlətlərin diplomatları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Unikal proqram təminatı layihəni təkmilləşdirməyə və digər türkdilli dövlətləri yaradılan rəqəmsal platformaya qoşmağa imkan verir. Rəqəmsal platformanın mobil versiyası da hazırlanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
MRT otağındakı katalka niyə fərqlidir? - TƏBİB səbəbini açıqladı
-
Süni intellekt hansı sahələrdə inkişaf etdiriləcək? - Rəsmi siyahı
-
Bakının bu küçəsində su dayanmadan axır - Sakinlər narazıdır
-
Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək
-
Qubada dəbdəbəli Hindistan toyu - Gəlin azərbaycanlıdır - (Foto)
XƏBƏR LENTİ
-
Nigar Rüstəmli müdir təyin edildi
-
"Qodzilla"nın 18 yaşlı ulduzu vəfat etdi - (Foto)
-
Əməkdar artist əkiz qızları ilə fotosunu paylaşdı
-
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
-
Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
-
“Çelsi”nin ən bahalı transferi oldu
-
Xatun səhnədə səhnədə çətin anlar yaşadı – (Video)
-
Arzumdan yeni xəbər var
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
Bakıda bəzi ərazilər işıqsız qalacaq
-
Andrey Qnatov da işdən çıxarıldı
-
Elnarə Abdullayevaya ağır itki
-
"Fənərbağça" qalib gəldi – Çempionlar Liqasında gecənin nəticələri
-
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi - (Foto)
-
Alimlərdən maraqlı kəşf - Mavi gözlü insanların SİRRİ
-
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
-
Zaur Baxşəliyev: "Burada xoş söz yazır, o tərəfdə söyürlər"
-
Günvurmadan necə qorunmaq olar?
-
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
-
Cennifer Lopes kişiləri nələrin cəlb etdiyini açıqladı
-
Eda Ece xəstəxanalıq oldu
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları





