Dünya

Andrey Qnatov da işdən çıxarıldı

22 İyul 2026 09:05
Baxış: 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov da vəzifəsindən azad olunub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "İnsayder" nəşri məlumat yayıb.

"Sırski ilə yanaşı, Baş Qərargah rəisi Qnatov da vəzifəsindən azad edilib. Onun yerinə müvəqqəti olaraq Vladimir Qorbatyuk təyin olunacaq", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin əmri ilə silahlı qüvvələrinin baş komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib, yerinə isə Mixail Drapatı təyin edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.