Səadətə çatmağın Quranda 6 yolu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər kim səadətə çatmaq istəyirsə, Quranın sorağına getsin. Çünki Quran bizləri səadətə çatdıra bilən tək səma kitabıdır.
Bu müqəddəs kitabda Allah bizlərə xoşbəxt olmağın 6 açarını təqdim etmişdir ki, onlara işarə edək:
1. İbadət. Müticəsinə qılınan namaz. Quranın məntiqinə görə o kəslər ki, dünyada Allaha müticəsinə və təvazökarcasına ibadət edə bilirlər, düz yola hidayət olarlar. Baxmayaraq ki, bəzi insanlar namaz qılmağı tərk etmirlər, ancaq onların namazı təvazökarcasına deyildir. Ona görə də Quran həqiqi möminin sifətlərindən biri kimi itaətkarcasına qılınan namazı göstərmişdir. "Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında(həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar". ("Muminin" 1-2).
2. Qadağa olunmuş boş işlərdən çəkinmək. "Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər". ("Muminin" 3). İnsanın kamala çatmasına mane olan amillərdən biri - insanın boş və qadağan olunmuş işlərlə məşğul olmasıdır. Əlbəttə boş iş dedikdə, təkcə boş söhbətlər nəzərdə tutulmur, bəlkə boş fikir və xəyallar da bura daxildir. İnsanı Allahdan qafil edir.
3. Zəkatı verməkdən imtina etməz. "Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər". ("Muminun" 4).
4. İffətsizlikdən uzaqdırlar. Quran məntiqinə görə, insanı səadətdən məhrum edən ən mühüm amil - iffətsizlikdir. Ona görə də Quran mömin haqqında buyurur: "Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar". ("Muminun" 5).
5. Tövbə edirlər. Bir insanın günahsız yaşaması çətindir, ancaq mümkünsüz deyildir. Lakin əgər insan günaha düçar olarsa, gərək İlahi rəhmət qapılarını üzünə açsın və tövbə etsin. Quran məntiqində tövbə edən insanlar xilas olmuşlardırlar. "Ey möminlər, hamınız(bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız". ("Nur" 31).
6. İlahi təqvaya riayət etmək. Təqva - elə bir sifətdir ki, insanı günah işlətməkdən saxlayar. Allahın bəndəliyinə dəvət edər. Allah buyurur: "Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız". ("Maidə" 100).
Xoşbəxtliyə mane olan amillər:
1. İlahi zikrdən uzaq olmaq. "Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik". ("Taha" 124).
2. İlahi hökmlərə üsyan etmək. "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır". ("Nisa" 14).
3. Dində bidət. "Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən "bu, halaldır və bu, haramdır" deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar". ("Nəhl" 116).
4. Günah. "Və (nəfsini) pisliklərə bulaşdırıb, cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!". ("Şəms" 10).
5. Zülm. "Şübhəsiz, zalımlar nicat tapmayacaqlar". ("Ənam" 21).
6. Qəflət. "Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər". ("Əraf" 179).
7. Nəfsani istəklər. "Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü?". ("Casiyə" 23).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
XƏBƏR LENTİ
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Ağcabədidə iki qardaşın ölümü ilə nəticələnən qəza baş verib - (Foto)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Rusiyanın itkiləri yeniləndi
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır





