Mənəvi halı əldə etdikdən sonra, bunu necə davamlı saxlaya bilərik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nə zaman dini məclislərə gedirik, ya dini kitablar oxuyuruq və ya ziyarətlərə gedirik, böyük eşq və şövqlə ibadət edirik. Namazlarımızdan ləzzət alırıq və rəftarlarımıza diqqət edirik. Ancaq bu mənəvi halımız qalıcı olmur və yavaş-yavaş süstləşirik və bilirik ki, bu, təbii bir haldır. Bəs nə edək ki, bu mənəvi halımız davamlı olsun?
Həmran ibni Əyin İmam Baqirdən (ə) soruşur: "Biz sizin hüzurunuzda olanda sizin bəyanatlarınızdan istifadə edirik. Dünyaya qarşı etinasız oluruq və insanların əlində olan sərvət bizim üçün dəyərsiz olur. Ancaq o zaman ki, cəmiyyətə tərəf addım atırıq, bazar və bazar əhli ilə məşğul oluruq, dünya sevgisi ürəyimizdə yer alır". Həzrət (ə) buyurur: "Əlbəttə, bunlar ürəyin halıdır. Bəzən sərtləşər və bəzən də yumşalar".
Bunu gərək yaddan çıxartmayaq ki, şeytan (lən) insanı qafil etmək üçün daima fürsətlər axtarar. Mənəvi halımızı qorumaq üçün bir neçə yollar vardır ki, onlara işarə edək:
1. Mənəvi məclislərlə olan rabitəmizi qoruyaq və ən azı həftədə bir dəfə bu cür məclislərdə iştirak edək.
2. Nəzarət edək ki, günah işlətməyək, əgər etmişiksə, tez tövbə edək. Həzrət Peyğəmbər (s) buyurur: "Mömin nə zaman günaha düçar olar, ürəyində qara nöqtə yaranar. Əgər tövbə edərsə, həmin nöqtə aradan gedər. Əgər günahı artırarsa, həmin nöqtə də artar". Biz insanlar çox unutqanıq və əgər bir şeydən uzaqlaşsaq, onu unudarıq. Əgər ibadət bizə mənəvi hal verirsə, gərək onunla kifayətlənməyəsən. Bu halın davam etməsinə çalışmaq lazımdır. Ona görə də moizə eşidək, mütaliə edək, əxlaq dərslərində iştirak edək.
Əgər din alimlərinin həyatını tədqiq etsək, görərik ki, onların müvəffəqiyyət qazanmaqlarının əsl səbəbi - nəfslərini islah etməkdə davamlı olmaqlarıdır. Yəni, bu işi davamlı olaraq edərdilər. Nə ifrat və nə də təfrit bizi bir yerə çatdırmaz.
Əgər biz mənəvi yolda irəliləmək istəyiriksə, gərək Allahla olan rabitəmizi kəsməyək. Əgər biz bunu istəsək, Allah mələkləri bizə yardıma göndərər. Əlbəttə, şeytan (lən) da işsiz dayanmaz. Gərək Allaha şeytanın vəsvəsəsindən və şərindən pənah aparaq. Nə zaman büdrəsək, xəcalət çəkib Allaha üz çevirək və Ondan üzr istəyək. Əllərimizi Ona tərəf qaldıraq və Ondan yardım istəyək.
Din alimlərinin bizlərə bəzi tövsiyəsi:
1. Gecə və gündüz ərzində bir neçə dəqiqəmizi Allah, özümüz, əməllərimiz barəsində düşünməyə ayıraq.
2. Hər gün Quran oxumağa çalışaq.
3. Moizə məclislərinə gedək.
4. Təqva əhli ilə oturub-durmaq.
5. Gecə namazı qılmaq.
6. Çox yemək və çox yatmaqdan çəkinmək.
7. Nəsihət kitablarını oxumaq, o cümlədən: "Nəhcul-bəlağə", "Meracus-səadə"...
8. Allaha dua etmək və Ondan yardım istəmək.
Qarşıda bizləri Qədr gecələrinin əhyaları gözləyir. Bu, elə mübarək gecələrdir ki, dualar yerinə yetər. Odur ki, mənəvi halımızın davamlı olmasını Allahdan istəyək və bu tövfiqi Ondan diləyək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
-
“Sabah”ın Bakıdakı oyunlarının bilet qiymətləri açıqlandı - 35-dən 285-ə qədər...
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)





