Cəmiyyət

Cari vergi arayışını kimlər təqdim etməlidir?

14 Noyabr 2021 22:44
0 Şərh     Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergi Məcəlləsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər "Cari vergilərin hesablanması haqqında Arayış"ı verməlidirmi?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələyə aydınlıq gətirən vergi mütəxəssisi Dilqəm Göyüşovun sözlərinə görə, fərdi sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

Mütəxəssis qeyd edib ki, Vergi Məcəlləsinə əsasən cari hesablamanı yalnız hüquqi şəxslər və fərdi sahibkarlar aparmalıdır: "Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin "Cari vergilərin hesablanması haqqında Arayış"ı təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni "Cari vergilərin hesablanması haqqında Arayış"ı bütün hüquqi şəxslər və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqdim etməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.