Cəmiyyət

Eldar Həsənov hospitala köçürüldü

15 Oktyabr 2021 17:28
Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun səhhəti pisləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Həsənovun qan təzyiqi və ürək döyüntüləri yüksəlib, həkimlər təzyiqi aşağı sala bilməyib. Buna görə də o, saxlanıldığı Dövlət Təhükəsizlik Xidmətinin Təcridxanasından hospitala köçürülüb.

Qeyd edək ki, Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Sentyabrın 17-də keçirilən məhkəmə prosesində də keçmiş baş prokurorun səhhəti pisləşmiş və o məhkəmədən xərəklə çıxarılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.