Cəmiyyət

Şükür Həmidovun atası oğlunun şəhid olduğu yeri öpdü - VİDEO

15 Oktyabr 2021 19:06
0 Şərh     Baxış: 1 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidovun arzusu həyata keçib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ona oğlunun şəhid olduğu yeri öpmək nəsib olub. Həmin kadrları "Təsir dairəsi" verilişi Qubadlıda lentə alıb.

Arzusuna çatan ata göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Ş. Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş və Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. O, eyni zamanda müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Vətən müharibəsində iştirakına görə, "Vətən uğrunda" medalı və "Zəfər" ordeni ilə də təltif olunub. Ş. Həmidov doğma yurdu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəman II Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.