Cəmiyyət

Gəncədə usta pul borcu olduğu üçün intihara cəhd edib

14 Oktyabr 2021 08:02
0 Şərh     Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə intihara cəhdin qarşısı alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Nizami" məqbəsi yaxınlığındakı körpünün üstündə qeydə alınıb.

Goranboy rayonunun Gülməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Elvin Mustafayev sərxoş vəziyyətdə özünü körpüdən atmaq istəyib.

Hadisə yerinə polis əməkdaşları və FHN-in xilasediciləri cəlb edilib. Uzun sürən danışıqlardan sonra 30 yaşlı kişini fikrindən daşındırmaq mümkün olub. E.Mustafayev əraziyə çağırılan təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, 30 yaşlı kişi işlədiyi obyekt sahibinə 500 manat borcu olduğu üçün intihara cəhd edib. Onun darvaza ustası olduğu bildirilir.

Qeyd edək ki, obyektin sahibi hadisə yerinə gəlib və E.Mustafayevə borcunu bağışladığını bildirib. Bundan sonra o, körpüdən düşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.