Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ! Sabah bu marşrut xəttinin hərəkəti dəyişdirilir

12 Oktyabr 2021 21:29
0 Şərh     Baxış: 929

Sabahdan Alı Mustafayev küçəsinin "3-cü mikrorayon" dairəsindən "3-cü mikrorayon bazarı" istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 85 nömrəli marşrutun mərkəz istiqamətində hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

"Dəyişikliyə əsasən, marşrut üzrə avtobuslar müvəqqəti olaraq C.Xəndan küç. - Azadlıq pr. - S. Bəhlulzadə küç.- Atatürk pr., daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.