Cəmiyyət

Xaricdən gələn zənglərlə bağlı əhaliyə xəbərdarlıq

2 Oktyabr 2021 22:26
0 Şərh     Baxış: 4 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) bank müştərilərinə xaricdən gələn zənglərlə bağlı xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev feysbukda paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Nərimanov rayonunda bir vətəndaşa xarici nömrədən zəng olunmaqla, "Bankdandır, dəqiqləşdirmə aparılır, şifrəni verin, zəhmət olmasa...." deyilməklə, bank kartının məlumatları istənilib. Kart sahibi heç bir dəqiqləşdirmə aparmadan məlumatları tanımadığı şəxsə ötürüb. Nəticədə hesabında olan külli miqdarda vəsait xarici bank hesabına köçürülüb.

Vətəndaşlara tövsiyə edirik ki, tanımadığınız şəxslərə bank kart məlumatlarını ötürməyin, müştərisi olduğunuz banklara sizin bank kart məlumatlarınız lazım deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.