Cəmiyyət

Günün qoroskopu: Peşəkar fəaliyyət müstəvisində irəliləyiş ciddi deyil

23 Oktyabr 2021 00:01
11 Şərh     Baxış: 3 264

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Maraq dairəniz genişlənəcək. Bununla belə, uzun müddətdən bəri məşğul olduğunuz işə marağınız azalacaq.

İş yerini dəyişmək və hətta yaşam arealına yeniliklər etmək barədə düşünə bilərsiniz. Əsas məsələ - köklü dəyişikliklərlə tələsməyin. Düşünülməmiş addımlar və tələsik qərarlar yaxşı heç nə vəd etmir.

Şəxsi münasibətlər üçün uğurlu gün deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda çox tələbkar, dözümsüz olmayın. Sərt danışmayın.

Davranışınız sevdiyiniz insanla münasibətlərdə böhran yarada bilər.

Buğa - Narahat, amma maraqlı gündür. Yeni problemlər peşəkar həllini tələb edir. Son vaxtlar əxz etdiyiniz biliklər və bacarıqlar, xüsusilə də təcrübə karınıza gələcək.

Əməkdaşlıqla bağlı yeni təkliflər ala bilərsiniz. Karyera müstəvisində irəliləyiş istisna deyil. Yaxınlarınızla ünsiyyətdə həssas olun. Mübahisə və fikir ayrılıqları keçmişdə qalsın.

Bir sıra məsələlərin həllində sizə intuisiya yardım edə bilər.

Uzunmüddətli planlar hazırlamaq, gələcəklə bağlı mühüm qərarlar qəbul etmək olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətiniz normadadır.

Əkizlər - Asan gün deyil. Bütün işləri ən yaxşı şəkildə görməyə çalışsanız da, problemlərin həlli sürəkli müvəffəqiyyətlərlə müşahidə olunmur. Həmkarlar, sizə yaxın insanlarla qarşılıqlı anlaşmaya nail olmaq çətinləşir.

Ətrafınızdakı insanların sizə iradları var. Bu iradların bəziləri əsaslı deyil.

Günün ikinci yarısı çətin keçəcək. Mürəkkəb sınaqlar zamanıdır. Maliyyə məsələlərinin həllinə ciddi yanaşın. Bədxərclik etməyin. Bahalı əşyalar almaq, əyləncəyə çox pul xərcləmək fikrindən vaz keçin.

Xərçəng - İşgüzar aktivlik azalacaq. Görməli olduğunuz işi süst, ətalətlə yerinə yetirməyin. Belə situasiyada böyük uğurlara nail olmaq asan deyil. Kiçik nailiyyətlər də yetərlidir.

İstirahət barədə düşünün, məzuniyyət günlərini planlaşdırın.

Adət və vərdişlərinizə dəyişikliklər etmək vaxtıdır. Son vaxtlar yaşamınızda problemlər yaradan vərdişdən qurtulun. Sevdiyiniz insan sizi hədiyyə, diqqət nişanələri ilə sevindirə bilər.

Şir - Yüksək işgüzar aktivlik günüdür. Qarşınızda duran çətin məsələlərin həllinə fəal başlayın. Maraqlarınızı təmin edəcək sahələrdə çalışa bilərsiniz. İşdəki uğurlar əhval-ruhiyyənizi yaxşılaşdıracaq. Nikbin olun, depressiyaya qapılmayın.

Gəlir istisna deyil. Heç gözləmədiyiniz mənbədən maliyyə dəstəyi gələ bilər. Əldə etdiyiniz pulları xərcləməyə tələsməyin. Həmin məbləğ çoxdan bəri arzuladığınız işin reallaşdırılması üçün gərəkdir.

Romantik münasibətlər üçün uğurlu gündür. Görüş və danışıqların normal keçməsi üçün xüsusi səy göstərmək gərəkdir.

Köhnə dostlarla görüş sizi sevindirəcək.

Qız - İşgüzar görüşlər normal keçəcək. Mövqeyinizi müdafiə edərək qorumaqla yanaşı, iş prosesində daha sərfəli şərtlərə nail ola bilərsiniz. Potensial tərəfdaşlarla sürətlə bil tapa bilərsiniz. Bu gün başlanacaq əməkdaşlıq emosiyalar üzərində köklənməməlidir. İşgüzar səfər uğurla başa çatacaq.

Müstəqil şəkildə çalışın.

Rəğbət bəslədiyiniz insanlarla münasibətləri qorumaq üçün xüsusi səylər gərək deyil. Sadə olun, təbii davranın. Səmimiliyinizə dəyər veriləcək.

Tərəzi - Əlverişli və yaxşı gündür. Hətta ən çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Ehtiyatlı və sayıq davransanız, maliyyə problemləri yaranmayacaq.

Cazibədar, maraqlı işgüzar təkliflər ala bilərsiniz. Əvvəllər məhsuldar əməkdaşlıq etdiyiniz insanlardan biri sizə perspektivli təkliflə müraciət edəcək.

Ailədə münaqişə və fikir ayrılığı olmayacaq. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Ənənələrə sadliq qalın. Ekstravaqant addımlar atmayın.

Əqrəb - Gün peşəkar fəaliyyət müstəvisində uğurlar, rəqiblər və bədxahlar üzərində qələbələr vəd edir. Nüfuzlu şəxslərlə əlaqələr yaradın, hadisələrə təsir imkanlarına malik şəxslə görüşün. Şəxsi münasibətlərdə də problemlər yaranmayacaq. Sizə əziz insanları asanlıqla anlayacaq, başa düşəcəksiniz.

Günün ikinci yarısında əldə edilən razılaşma gəlir vəd edir. Fəqət hazırda maliyyə durumunuz o qədər də yaxşı deyil. Alış-verişdə bədxərclik etməyin. Pulu yalnız gərəkli əşyalara və ya xidmətə sərf edin.

Oxatan - İşgüzar aktivlik səviyyəsi aşağı düşə bilər. Son vaxtlar məşğul olduğunuz işə marağınızın azalması istisna deyil. Bir qədər durun, nəfəs alın və bilin ki, bu işləri sizdən başqa kimsə görəsi deyil. Yardım və dəstəyə bel bağlayıb fatalist olmayın. İnadla, qətiyyətlə irəliləyin.

İşinizə kimsənin mane olmasına, fəaliyyətinizə müdaxilələrə imkan verməyin.

Şəxsi həyatınızda nəyisə dəyişmək zamanıdır. Tələsməyin. Əvvəlcə məqsəd və hədəfi müəyyənləşdirin, sonra fəaliyyət planı hazırlayın. Soyuqqanlı hesab və situasiyaya kənardan baxmaq bacarığı çox faydalıdır.

Oğlaq - Yaşam potensialınızın səviyyəsi bir qədər aşağıdır. İfrat dərəcədə çalışaraq özünüzü yormayın. Sadə, mürəkkəb olmayan işlər sizi usandıra bilər. Tərəfdaş və dostların yardım təkliflərindən imtina etsəniz, daha çox yorula bilərsiniz.

Gəlirlər çox deyil. Amma pul vaxtında gəldiyindən sizi sevindirəcək.

Əhvalınız emosional durumunuzdan asılıdır. Nikbin olun, yaşamınızı rəngarəng edin. Yeni nəsnə, yol, fəaliyyəti sınayın.

Dolça - Başqalarına yetərincə diqqət ayırdığınızdan indi öz işlərinizlə ciddi məşğul olun. Fikir və planlarınızı qaydaya salın, maraqlandığınız işə başlayın. Problemi qeyri-adi yolla həll etmək olar.

Peşəkar fəaliyyət müstəvisində irəliləyiş ciddi deyil. Ruhdan düşməyin, nikbin olun.

Günün ikinci yarısında maraqlı görüşlər istisna deyil. Səmimi olun, təbii davranın. Yeni tanışların xoşuna gələcəksiniz.

Əks cins mənsubu ilə təmaslarda həssas olun.

Balıqlar - Peşəkar fəaliyyət müstəvisində böyük uğur vəd edən gün deyil. Yeni maraqlı tapşırıq və ya sifariş ola bilər.

Ailədə müəyyən problemi həll etmək gərəkdir. Valideynlər uşaqlara daha çox diqqət ayırmalıdırlar.

Qohumlarla dil tapın, küsənləri barışdırın.

Ötənlərdəki hadisələrdən birinə xəyali qayıdış istisna deyil. Vaxtınızı boş işlərə sərf etməyin. Bir zamanlar sizi incitmiş, xətrinizə dəymiş insanı daxili sədlərinizi aşaraq bağışlamağı bacarın.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 23 Oktyabr 00:0250

    İstirahet günləriniz gözəl olsun maraqlı olsun.

    Cavab yaz
  • Anonim
    asi · 23 Oktyabr 00:1334

    O qədər yaxşı gündür ki, 70 faizli uksusun iyini hiss etmirəm, ətirlərimdən isə, heç danışmağa dəyməz..Xoş gəldin həyatıma, ömrümə korona))..

    Cavab yaz
    • Anonim
      Esmer · 23 Oktyabr 10:3930

      Salam asi xanim necesiz sizde karonasiz ? Sadece cox cox gezinti edin yatmaqa cox ustunluk vermeyin .birde meyveleri cox yeyin Mualicenizle beraber ozunuzu qoruyun .men demey olar ki dermanlar hesabina sagaldim anca iyne tapleka ata bilmirem bir cox xeyrli.meyveleri yemirem goyertini de demey olar yerinen dadini bilmirem ina gore mende cox cetin oldu insallah baci siz tez sagalarsiz Allah komeyiniz olsun ...

      Cavab yaz
      • Anonim
        asi · 23 Oktyabr 14:4910

        Salam Əsmər, çox sağ ol..Ümid edirəm ki, indi tam sağalmısan)..Əsl yeyilməli olan məhsulları yemirsən, amma çalış istifadə edəsən..Xüsusən də xəstəlik dövründə..Mən sarımsaqdan başqa digər tərəvəzləri, meyvələrin isə, demək olar ki, hamısını yeyirəm).İndi də bütün günü nar yemək istəyirəm, hətta buna görə Göyçandan olub, Göyçayda yaşamağı da istərdim))..Yaxşı ki, nar sezonunda virusa yoluxdum, marketlərdən Azərbaycan narı ala bilirik)..Bilmirəm vaksin vurdurduğumuza görədi, ya elə virusun təsiri zəifdi, çox da ağır keçirmirik..Qohumlar deyir ki, 3minə, 5 minə sağaldım, mən şok oluram..

        Cavab yaz
        • Anonim
          Asi xanıma · 23 Oktyabr 16:3110

          Salam Asi xanım.şərhinizə indi baxdım.Allahdan sizə və hər kəsə şəfa diləyirəm.Əsmər xanım və mən ,bilirik bu nə deməkdir.Yenidən doğulmuşlarıq.Bədən müqavimətinə görə hərə bir cür keçirir.Müalicə metodları da müxtəlifdir.kimə nə cür...yaxşı olar ki,zoğal,moruq mürəbbələrinə,indi sezonudu:nara,turş mandarinə,C vitamini ilə zəngin meyvələrə üstünlük verəsiz.(meyliniz çəkməsə də)Heyva tapsaz...2-3 hissəyə bölüb həlimə düşənə qədər qaynadıb için,yeyin.hətta bir qaba qoyub inqalyasiya edə bilərsiz.faydası var...yəni müalicə metodu çoxdu.Savadlı birisiz,ən yaxşı metodu əvvəllər soyuqdəymə keçirəndə təcrübədən keçirmiş olarsız.Nə qədər iştahasız olsaz da yeməyinizdən qalmayın.yemək öz sözünü deyir.Halsız olsanız da...daim hərəkətdə olun.ev işləriylə başınızı qatın.Unutma:bu zibil xəstəlik əzizlənəndə,meylini yatağa salanda daha da kəskinləşir.Nə qədər ağır olsa da daim ,,hərəkət,, təmiz hava,yemək.Təcrübədə bunu gördüm.Bir daha şəfa diləyirəm.sayğılarla @ALEKS

          Cavab yaz
        • Anonim
          asi · 23 Oktyabr 19:2510

          Salam Aleks bəy..Çox sağ ol məsləhətlərin üçün, bəzilərini özüm edirdim, amma bəzilərini indi bildim)..Doğrudan da hərəkət etdikcə xəstəlik yüngülləşir, amma passivləşən kimi ağırlaşır..Düz deyirsiniz, xəstəliyə təslim olmaq olmaz, inada mübarizə aparmaq lazımdı..Bütün xəstələrə şəfa diləyirəm..

          Cavab yaz
    • Anonim
      FİZULİ ŞİRVANLI · 23 Oktyabr 12:1230

      Hələ ağzın isti yerdədi) qarışıq ağrılı günlərin qarşıdadı) mən bir həftədi povitivliyin dadın çıxarıram, bu qədər koronanı ləğa qoyanda belə də olmalı idi)

      Cavab yaz
      • Anonim
        asi · 23 Oktyabr 14:5520

        Mən də az lağ etməmişdim, 1 həftədi haqqında yazdığım iftiraları nəzərdən keçirirəm)..Allah şəfa versin..Əsas evdəki uşaqlardan ehtiyatlı olun..Bizdə uşaqlar da yoluxub, amma onlar bizim kimi keçirmir, yüngül keçir. Amma yenə də ehtiyat tədbirləri alın..Bizim səfərimiz var deyə karantinə düşməmək üçün heç həkim də çağıra bilmirik), öz əlimiz öz başımız)..

        Cavab yaz
        • Anonim
          FİZULİ ŞİRVANLI · 23 Oktyabr 15:3720

          ALLAH Sizə də şəfa versin, uşaqlarda demək olar heç hiss olunmadı, dünya səhiyyəsini baş sındırdıqı işi bizdə ara həkimləri iki üç sistemlə həll edir) səfəriniz varsa səs edin edin işi) dünən mənə polisdən zəng ediblər ki ərazidən uzaqlaşırsan qaç gir evə, sən demə nömrəylə izləyirlər məni) göyçayın kənd həkiminə zəng edin dərdinizə çarə desin)

          Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 23 Oktyabr 00:3760

    Həyat həmişə 2 ci şansı verir.O şansın adı Sabaha ümüd var.

    Cavab yaz
  • Anonim
    7 64 · 23 Oktyabr 10:1330

    Her acilan sabahlar bize xow olan arzulara qovuwdursun .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.