Bakı Musiqi Akademiyasında anım tədbiri və BMA-da təhsil almış ll Qarabağ Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında anım tədbiri və BMA-da təhsil almış ll Qarabağ Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi.
İlk öncə ll Qarabağ müharibəsində şəhid olan igid döyüşçülırimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra BMA-nın rektoru, Xalq artisti, professor, Fərhad Bədəlbəyli açılış nitqi ilə çıxış edərək, 44 günlük Vətən müharibəsinin şəhidlərini ruhunu andı və igid döyüşçülərimizin qəhrəmanlıqlarından, şücaətindən söz açdı.
Beynəlxalq Əlaqələr, Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova da II Qarabağ müharibəsində şəhid olan döyüşçülərimizə rəhmət, qazilərimizə can sağlığı dilədi. Y.Axundova BMA-da təhsil alan, ll Qarabağ müharibəsində iştirak etmiş tələbələrə söz verdi. Onlar hər biri döyüş zamanı yaşadıqları dəhşətli anlardan, ölümlə necə üz-üz olduqlarından, döyüşçülərimizin igidliklərinindən, düşmənin acizliyindən və s. müharibə təəssüratlarından bəhs etdilər:
II Qarabağ müharibəsi qazisi, BMA-nın məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı, "Heydər zirvəsi" medalı, "Cəsur Döyüşçü" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunan Vüqar Məmmədzadənin hazırladığı "Şəhidlərə ithaf" adlı videogörüntü təqdim olundu.
II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın skripka ixtisası üzrə məzunu, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nəaliyyətlərə görə fəxri fərmanla təltif olunan Əzizağa Quluzadə, BMA-nın fortepiano ixtisası məzunu, "Laçının azad olunmasına görə" medalı ilə təltif olunan Murad Bayramov, BMA-nın musiqi müəllimliyi ixtisası üzrə Il kurs tələbəsi, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunan Adil Əmirli "Şəhid yoldaşlarına ithaf" adlı bəstəsini ifa etdi.
II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın solo oxuma ixtisası üzrə məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı, Gənclər Prezidenti mükafatçısı, Rusiya "Большой Театр"nın Gənclər truppasının solisti, hal-hazırda İtaliyanın Neapol şəhərinin San-Karlo opera balet teatrının gənclər truppasının solisti Cəbrayılın və Xocavəndin azad olunması uğrunda döyüşən Atəş Qarayev musiqisi BMA-nın dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova da Vətən müharibəsində həlak olmuş şəhidlərin ruhunu anaraq, sözləri Vahid Əzizə məxsus şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş "Şəhidlik zirvəsində" əsərini Atəş Qarayevin ifasında videogörüntü ilə tamaşaçılara təqdim etdi.
Sonra professor Yeganə Axundovanın müşayiətilə Atəş Qarayev V.Adıgözəlovun "Qərənfil" əsərini ifa etdi.
Tədbir tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





