Cəmiyyət

Nant şəhərindəki “Qarabağ” məktəbində Anım Günündən bəhs edilib - FOTO

27 Sentyabr 2021 07:14
0 Şərh     Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan həftəsonu məktəbində 27 sentyabr - Anım Gününə həsr olunmuş dərs keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildirilib ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərsdə şagirdlər ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan qəhrəman şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər. Masalarının üzərinə güllərin düzüldüyü və şamların yandırıldığı, qəhrəman şəhidlərin fotolarını köynklərində daşıyan şagirdlərə bir il bundan öncə Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən əldə olunmuş parlaq Qələbə, həmin tarixi günə aparan 27 sentyabrda baş verənlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, xalqımız və dünyadakı azərbaycanlılar Vətənimizə böyük xidmət göstərən qəhrəmanlarımızın fədakarlığını heç bir zaman unutmayacaqlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.