Randal Kolo Muani zədə səbəbindən Fransa yığmasının qarşıdakı oyunlarını buraxacaq.
Milli.Az bildirir ki, bu barədə jurnalist Fabris Hokins sosial şəbəkə hesabında məlumat verib.
O, Fransa milli komandasının noyabrda keçiriləcək matçlarında oynaya bilməyəcək. Buna səbəb kimi isə forvardın "Tottenhem"in heyətində İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"ə qarşı oyunda (2:2) çənəsinin sınması göstərilir.
Randal Kolo Muaninin yerinə "Lans"ın yarımmüdafiəçisi Florian Toven yığmaya çağırılıb.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmaları ilə qarşılaşacaq. Matçlar müvafiq olaraq noyabrın 13-ü və 16-da keçiriləcək. /oxu.az
Milli.Az





