Pula olan maraq onu “Cənubun ən varlı adamı” edib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onu "Cənub bölgəsinin ən varlı sakini" adlandırırlar. Söhbət uşaq yaşlarından pul, marka, maraqlı əşya toplamağa həvəs göstərən kolleksiyaçı Şaiq Əzimovdan gedir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lənkəranın ən zəngin pul kolleksiyasına sahib olan Şaiq Faiq oğlu Əzimov 1982-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində doğulub. Uşaqlıqdan bu sahəyə maraq göstərsə də, 5 ildir peşəkar olaraq pul kolleksiyası toplayır. Dediyinə görə, kolleksiyasında hazırda 100-ə yaxın ölkənin keçmiş və indiki dövrlərinə aid pul nominalları var. O, həm dəmir, həm də kağız pullar toplayır.
Şaiq Əzimovda bu sahəyə həvəsi əmisi yaradıb: "Böyük əmim də kolleksiyaçı olub, uşaq vaxtı onun yığdığı pullara baxardım. Sonra məndə də həvəs yarandı, başladım qədim pullar toplamağa. Hazırda kolleksiyamda mindən çox kağız, minə yaxın isə dəmir pul var".
Kolleksiyaçı qədimi pulları dostları, həmkarları vasitəsilə əldə edir. "Çətinliklə əldə etdiyim əskinas da olub. O da, bax budur - General Yugenisin adına buraxılan pul. Bunun məndə olmasını çox istəmişəm. Çünki bu pulun dizaynı, görünüşü çox maraqlıdır. 1919-cu ilə aiddir. Sevinirəm ki, bu maraqlı dizayna malik pul məndə var", - deyə o bildirib.
Şaiqin kolleksiyasındakı pullarda tarixi şəxsiyyətlərin təsviri də diqqət çəkir: "İraqın milli pul vahidini də əldə etməyi çox istəmişəm. Buna da nail olmuşam. Səddam Hüseynin təsviri olan əskinas çox maraqlıdır. Bir də Misir pulları diqqətimi çəkir. Çox maraqlı pullardır. Əslində istəyirəm ki, dünya ölkələrinin bütün pulları kolleksiyamda olsun. Amma bu, mümkün deyil. İnsan ömrü buna çatmaz".
Qəhrəmanımızın kolleksiyasında 5000-dən çox kağız və dəmir pul var. O, həmçinin orden, medal və markalar da saxlayır.
Kolleksiyaçı gələcəkdə muzey yaratmaq fikrindədir. Burada təkcə pulları deyil, digər antik əşyaları da sərgiləməyi düşünür.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)





