Cəmiyyət

Bakı sakinini avtomobil vuraraq ağır xəsarətlər yetirib

16 Sentyabr 2021 08:22
0 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Buzovna qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Abdullayev Ariz Azər oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub.

Yaralı qapalı kəllə-beyin travması və aşağı ətrafın sınığı xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.