Cəmiyyət

COVID-19-a yoluxan şair-tərcüməşi Anna Bartkulaşvili "Yeni Klinika"ya yerləşdirilib

10 Sentyabr 2021 21:49
0 Şərh     Baxış: 1 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"COVID-19" virusuna yoluxmuş tanınmış şair-tərcüməçi Anna Bartkulaşvilinin sağlıq durumu ilə bağlı mesaj yazan dostlara bildirmək istərdim ki, Anna xanım "Yeni Klinika"ya yerləşdirildi, hazırda intensiv müalicə alır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, klinikanın rəhbərliyi ilə və A.Bartkulaşvili ilə telefon əlaqəsi də yaradılıb: "Həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, Anna xanım tezliklə öz sağlamlığına qovuşsun. Müraciətimizi nəzərə alaraq Anna xanımı təcili xəstəxanaya yerləşdirib, müalicə almasına dəstək olan klinika rəhbərliyinə minnətdarlığımı bildirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.