Ötən il icra xidmətinin 18 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə fevralın 17-də nazirlikdə icra xidmətinin yerli qurumları rəhbərlərinin iştirakı ilə məhkəmə qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhəri Nəsimi, Nizami, habelə Xaçmaz rayonları üzrə 3 icra məmuru kobud qanun pozuntularına və ciddi nöqsanlara yol verdiklərinə görə ədliyyə orqanlarından xaric edilib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov qeyd edib ki, aparılan islahatlar çərçivəsində məhkəmə qərarlarının icrası işi xeyli yaxşılaşdırılıb, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində köklü dəyişikliklərə nail olunub, qanunvericilik əsaslı surətdə yenilənib, yeni təsirli icra mexanizmləri tətbiq olunmaqla icra məmurlarının səlahiyyətləri genişləndirilib, xidmətin maddi-texniki bazası möhkəmləndirilib.
İcra baş idarəsinin rəisi, baş icra məmuru Xanlar Zeynalov iclasda 2011-ci ildə görülmüş işlər barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, hesabat dövründə icra işinin səmərəliliyinin artırılması üzrə kompleks tədbirlər davam etdirilib, icraatda olan işlərin böyük əksəriyyətinin icrası təmin olunub, kadrlarla işə xüsusi əhəmiyyət verilərək müsabiqədə uğur qazanmış gənc mütəxəssislərin işə qəbulu, əməkdaşların peşəkarlığının və məsuliyyətinin artırılması üzrə təsirli tədbirlər görülüb.
2011-ci ildə icraatda olan 162 mindən çox icra sənədinin 82%-ə yaxını öz qanuni həllini tapıb, qalanlarının qanunvericiliklə müəyyən edilmiş müddətlərdə tamamlanması üçün tədbirlər görülür.
Məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1602 borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, həmçinin 222-si barəsində cinayət işi başlanıb.
İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği ötən il 28% artaraq 97 milyon manatdan çox təşkil edib.
İclasda ölkə başçısının korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tapşırıqları ilə əlaqədar icra sahəsində korrupsiyaya şərait yaradan halların, o cümlədən süründürməçiliyin aradan qaldırılması məsələsinin daim diqqətdə saxlanılması, xüsusilə qaynar xətlərin yaradıldığı, daxil olan şikayətlərin operativ və dolğun araşdırılması, nəticələri üzrə təxirəsalınmaz təsirli tədbirlərin görülməsi vurğulanıb.
Müşavirə zamanı, həmçinin, mövcud problemlər və çatışmazlıqlar, o cümlədən icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları qeyd edilib, bir sıra yerli icra qurumlarının fəaliyyəti tənqid olunub, bəzi işçilər tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilərək icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi, işlərin hərəkətsiz saxlanılması və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb.
Sonda xidmətin fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, tabe qurumlarda mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, işin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasına nail olunması üçün konkret tapşırıqlar verilib.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Ötən il Azərbaycanda cəzalandırılan icra xidməti əməkdaşlarının sayı açıqlandı
17 Fevral 2012 18:26
Baxış: 549

DİGƏR XƏBƏRLƏR
-
Qalmaqal böyüyür - eks-sevgilisi ilə Hidayətin VİDEOsu yayıldı - YENİLƏNİB - FOTO
-
Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA
-
Paytaxtda skuter sürənlərin NƏZƏRİNƏ
-
Bazarda bir manata satılan bu tərəvəz dərmandır
-
Sentyabr ayında maqnit qasırğaları bu tarixlərdə olacaq
-
Qurban Qurbanovun oğlunun toyunda hansı yüksək çinli məmurlar iştirak etdi? - FOTOlar
XƏBƏR LENTİ
-
Bürclərin 2025-ci ilin sonuna qədər ən şanslı günü
-
Qurban Qurbanov Ramil Şeydayev barədə açıqlama verdi
-
Ermənistan və Türkiyə razılığa gəldi
-
Bu ətirlər hormon sistemini pozur - Açıqlama
-
Gənclər şəhərciyində yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
-
Leyla qızı və öz adını kosmosa göndərir - FOTO
-
“Qarabağ” “Zirə” ilə bərabərə qaldı
-
Bu ev aləti 65 soyuducu qədər enerji sərf edir: Hər kəsin evində var
-
FIFA-dan milli komandalarla bağlı yeni qərar
-
Böyürtkən yığan 62 yaşlı kişi güllələndi
-
Ölən körpənin anası saxlanıldı - “Dedi ki, uşağı hirslənib yerə çırpdım” - YENİLƏNİB - VİDEO - FOTO
-
Azərbaycanlı müğənni qızına ad günündə bahalı MAŞIN ALDI - VİDEO
-
"Real Madrid"də ciddi itki
-
Qalmaqal böyüyür - eks-sevgilisi ilə Hidayətin VİDEOsu yayıldı - YENİLƏNİB - FOTO
-
Xocasəndə avtobus qəzaya düşdü - Xeyli sayda yaralı var - YENİLƏNİB - VİDEO
-
“Onun başqa xanımdan iki uşağı var”
-
Kosmosda yeni növ obyekt aşkarlandı
-
“Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu
-
İkardi "Qalatasaray"dan gedə bilər
-
Mülki şəxslərin öldürülməsinə dair sənədlər məhkəmədə elan olunub - FOTO
-
Zoğalın möcüzəvi faydaları
-
ABŞ vətəndaşlarına xəbərdarlıq etdi - Bu 8 ölkəyə səyahət...
-
Palma yağından hazırlanmış saxta pendirlər satılır: Necə ayırd etmək olar? - AÇIQLAMA
-
Futbolçumuz "Barselona"dan ayrıldı