Cəmiyyət

"Mu" qorxusu: antikorları aşa bilər - Xəbərdarlıq

6 Sentyabr 2021 10:26
0 Şərh     Baxış: 975
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikalı mütəxəssislər koronavirusun yeni "mu" varinatı haqqında daha çox məlumat əldə etməyə çalışırlar, onlar bu variantın müəyyən antikorların təmin etdiyi qorumanı aşa biləcəyindən qorxurlar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi deyib.

Onun sözlərinə görə, amerikalı mütəxəssislər bu növün ABŞ-da daha çox yayılıb-yayılmayacağını yoxlayırlar:

"Hazırda "delta" variantı 99% üstünlük təşkil edir".

ABŞ-ın baş infeksionisti ölkədə mövcud olan koronavirus peyvəndlərinin koronavirusun bütün variantlarına qarşı təsirli olduğuna əminliyini ifadə edib. Eyni zamanda Fauçi ABŞ-da istifadə edilən dərmanların "mu" variantından necə qoruduğuna dair kifayət qədər məlumat olmadığını etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.