Cəmiyyət

Yeni dərs ili ilə bağlı rəsmi qərarın olmaması valideynləri tərəddüd içində saxlayır - VİDEO

4 Sentyabr 2021 18:25
1 Şərh     Baxış: 1 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni dərs ilinin başlanmasına iki həftədən də az müddət qalıb. Amma müddətin az olmasına baxmayaraq, dərslərin əyani, yoxsa distant formada başlayacağı bilinmir. Bu hal isə valideynləri də düşündürməyə başlayıb.

Rəyini öyrəndiyimiz bütün valideynlər məktəblərin açılması ilə bağlı qərarın tez verilməsini istəyirlər. Çünki zaman onlar övladları üçün məktəb ləvazimatları alıb-almayacaqları barədə qərar verməkdə çətinlik çəkirlər.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, satıcılar isə mövcud vəziyyətlə bağlı əvvəlki illərə nisbətən satışın azaldığını deyirlər.

Yeni tədris ilinin başlanması ilə bağlı Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və uyğun fəaliyyət istiqamətləri müəyyən ediləcək. Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair yaxın günlərdə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.