Cəmiyyət

Lənkəranda su kanalları təmir edilir - VİDEO

2 Sentyabr 2021 14:54
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran Melioservis İdarəsi tərəfindən əkin sahələrinin səmərəli suvarılmasına şərait yaradılır. Hazırda Lənkəran rayonunun 8 kəndində meliorativ tədbirlər görülür. İdarənin əsas fəaliyyəti Astara və Lənkəranda magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların əsaslı təmiri, yenidən qurulmasından ibarətdir. Çəltikçilik, taxılçılıq və tərəvəzçilik aparılan meliorativ tədbirlərin sayəsində yüksək səviyyədə inkişaf edib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Lənkəran Melioservis İdarəsi əsasən çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, dağ çaylarının məcralarının dəyişdirilməsi işlərini həyata keçirir. Bu istiqamətdə ötən illərdə Pensərçayda 500 metr uzunluğunda sahil-bərkitmə işləri aparılıb. Astara Suvarma sistemləri idarəsinin müqaviləsi əsasında 3 km uzunluğunda sugətirici kanal əsaslı təmir olunub və suvarmaya tam yararlı hala salınıb. Gələcəkdə çətin relyeflərdən keçən su kanalları da əsaslı təmir olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.