Cəmiyyət

“Delta” ştammının ziyanı - Vəziyyət sentyabr ayında dəyişəcəkmi?

2 Sentyabr 2021 11:54
0 Şərh     Baxış: 1 246
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirusun "Delta" ştammının və Çinin "sıfır yoluxma" siyasətinin nəticələri Çin iqtisadiyyatına ciddi ziyan vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iş və istehsalat aktivliyi indeksləri iqtisadi artımın yavaşladığını göstərir.

İqtisadi artımın yavaşlamasının səbəbi koronavirusun "Delta" ştammının yayılması və Çin hökumətinin onunla mübarizə üçün sərt tədbirləri olub.

Nankin şəhərində Çində il ərzində ən güclü yoluxma qeydə alınandan sonra, hökumət yeni infeksiyaların yayılmasının qarşısını almaq üçün bir sıra həlledici tədbirlər gördü. Şəhərlər bağlandı, hava səyahətləri məhdudlaşdırıldı və ticarət dayandırıldı. Çin hökumətinin "Delta" variantına qarşı mübarizədə aqressiv strategiyası virusun qarşısını almağa və eyni zamanda iqtisadi artımın azalmasına səbəb oldu.

Təchizat zəncirindəki qlobal problemlər vəziyyəti daha da ağırlaşdırıb.

Mütəxəssislər gözləyirlər ki, Çin koronavirusun yayılmasına nəzarət etdiyi üçün vəziyyət sentyabr ayında dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.