Cəmiyyət

Qazaxda minik maşını aşıb, sürücü ölüb

2 Sentyabr 2021 08:38
0 Şərh     Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ülkməzli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarə etməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı sürücü, 1983-cü il təvəllüdlü Osmanov Eldar Cəbrayıl oğlu xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.