Cəmiyyət

Bakı - Sumqayıt yolunda təmir işləri sürətləndirilib

30 Avqust 2021 17:56
Baxış: 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin 2-ci hissəsi davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-ın soruğusuna cavab olaraq verilən məlumata görə, təmir-bərpa işlərinin 1-ci hissəsi üzrə magistralın 30-cu km-dən (Sumqayıt) 16-cı km-dək (VAZ dairəsi) olan hissəsində yenidənqurma işləri artıq bitib.

Təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınır, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılır, yatağın yararsız qruntu qazılaraq çıxarılır, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilir. Ardınca yeni yol əsası inşa edilir və hamarlayıcı lay asfalt-beton örtüyü döşənir.

Artır yolun Ceyranbatan qəsəbəsi ərazisində asfaltlanma işləri aparılır.

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülür. Artıq "VAZ dairəsi" deyilən ərazidən başlayaraq Ceyranbatan qəsəbəsi istiqamətində 4 km-lik hissədə qeyd olunan işlər görülərək yekunlaşdırılıb. Növbəti 1 km-lik hissədə isə sadalanan işlər davam etdirilir.

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.