Cəmiyyət

Peyvənd hamiləlik dövründə sonsuzluğa və ağırlaşmalara səbəb olur? - Həkimdən AÇIQLAMA

27 Avqust 2021 09:30
1 Şərh     Baxış: 1 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İstənilən halda kim ki peyvənd olunub və uşaq sahibi olmağı düşünür, mütləq mama-ginekoloqa müraciət etməli və axırıncı dozadan sonra ilk iki ay ərzində hamiləliyi planlaşdırmamalıdır".

Milli.Az xəbər verir ki, bu barədə mama-ginekoloq Gülnarə Eyvazova media.az-la söhbətində bildirib. Onun sözlərinə görə, bəzən elə olur ki, qadın ilk dozanı vurdurub və yalnız bundan sonra hamilə olduğunu bilir:

"Belə hallarda ikinci dozaya icazə verilmir, ancaq hamiləliyin dayandırılması üçün heç bir göstəriş yoxdur".

Ginekoloq həmçinin bildirib ki, bir çox ziddiyyətlərə baxmayaraq, hamilə qadının koronavirusa yoluxduğu zaman onu gözləyəcək riskləri unutmamaq lazımdır:

"Bunlardan biri vaxtından əvvəl doğuşdur, bunun nəticəsində yeni doğulmuş uşaqlarda tez -tez müxtəlif ağırlaşmalar müşahidə olunur: ağciyərlərin inkişaf etməməsi, beyin qanamaları, görmə pozğunluğu və s.

Özünüzü bunlardan qorumaq üçün vaxtında peyvənd vurdurmalısınız".

Həkim deyir ki, hər bir qadın hamiləliyi planlaşdırarkən bir sıra terapevtik və profilaktik yoxlamalardan keçir:

"Məsələn, qızılca keçirməyənlərə hamiləlik dövründə heç bir problem olmaması üçün əvvəlcədən vaksin vurdurmalarını məsləhət görürük. Koronavirusa qarşı peyvənd şübhəsiz, bu siyahıya daxil edilməlidir".

O vurğulayıb ki, hamilə qadınla təmasda olan bütün ailə üzvlərinin peyvənd olunması tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.