Cəmiyyət

Bu xəstəxanalar koronavirus xəstələri üçün ayrıldı - VİDEO

26 Avqust 2021 12:28
0 Şərh     Baxış: 1 262
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son statistik göstəricilərə əsasən ölkəmizdə yoluxma sayındakı artımla əlaqədar bəzi xəstəxanalar fəaliyyətini yenidən koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir. Paytaxt və rayonlarda yerləşən ümumilikdə 20-dən çox xəstəxana COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir.

Son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar artıq bəzi xəstəxanalar yalnız koronavirus xəstələrini qəbul edir.

Milli.Az xəbər verir ki, TƏBİB-dən XəzərXəbər-ə verilən məlumata görə, paytaxtda 12, regionlarda isə 9 xəstəxana olmaqla ümumilikdə ölkə üzrə 21 xəstəxana -1 saylı Kliniki Şəhər Xəstəxanası, Yeni Klinika, Abşeron, Saray Modul tipli xəstəxanalar, Gəncə, Goranboy, Ağdaş, İmişli, Masallı RMX-lar və s. kimi xəstəxanalar COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir. 

Onlardan biri  "Semaşko" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdir. Artıq bir neçə gündür mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdirilir. 

Paytaxtla yanaşı regionlarda da bəzi xəstəxanalar fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir.

TƏBİB-dən bildirildi ki, ehtiyac yarandığı təqdirdə bu say 40-a qədər yüksələ bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.