Cəmiyyət

Peşə kursuna getmək istəyən vətəndaş - VİDEO

24 Avqust 2021 13:44
0 Şərh     Baxış: 647
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhər sakini Vüsal Məmiyev işsizdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işaxtaran və işsiz kimi müraciət də edib.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, amma əsas müraciəti başqadır - peşə kurslarına cəlb olunmaq. Məqsədi haqqında eşitdiyi bu kurslar vasitəsilə qaynaqçı peşəsinin sirlərinə bələd olub, sonradan əldə etdiyi sənədlə məhz bu istiqamətdə iş tapmaqdır. Amma dediyinə görə, artıq bir ilə yaxındır bu arzusu ürəyində qalıb.

Sözügedən problemə aydınlıq gətirmək üçün Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə problemin bir müddət öncə olan sərt karantin qaydalarından qaynaqlandığını bildirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.