Cəmiyyət

Qəhrəman şəhidimiz - VİDEO

20 Avqust 2021 15:14
2 Şərh     Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi başlayan kimi həmkəndliləri ilə birgə savaşa yollandı, müxtəlif istiqamətlərdə fədakarlıqla savaşdı. Şəhid olaraq Vətənin azadlığına canından can qatdı. Gələcək arzuları, gözü yaşlı qalacaq övladları, doğmaları barədə bir an belə düşünmədi.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Samux rayon sakini Babək Cəfərovdan gedir.

Babək 5 ay hospitalda yatıb, həkimlər onu komadan çıxarmaq üçün mümkün hər şeyi ediblər, ancaq qismətinə şəhid olmaq, doğmalarına qürur duyulacaq bir ad qoymaq düşüb.

Döyüş yoldaşları Babəki qorxmaz, əyilməz bir döyüşçü, düşmənin canına qorxu salan vətən fədaisi kimi xatırlayırlar.

Bəbək Cəfərov ölümündən sonra ''Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə mükafatlandırılıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.