Cəmiyyət

Nazirlik kommunal quruma göstəriş verdi

18 Avqust 2021 16:12
0 Şərh     Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə şəhərində məişət tullantılarının qalaqlanması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Ramal Bağırov Milli.Az-a bildirib ki, şəhərin müxtəlif ərazilərinə keçirilən baxış zamanı konteynerlərin az olması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı müəyyən edilib.

Tullantıların qalaqlandığı ərazilər Bərdə Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən təmizlənib.

R.Bağırov onu da qeyd edib ki, gələcəkdə belə hallara yol verilməməsi və şəhər ərazisinə əlavə konteynerlərin yerləşdirilməsi məqsədilə Bərdə Kommunal Müəssisələri Kombinatına məcburi göstəriş verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.