Cəmiyyət

Sumqayıtda lombard sahibi 8 ildir ki, vətəndaşın qızıllarını qaytarmır - VİDEO

17 Avqust 2021 16:48
0 Şərh     Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt sakini İlham İmanov lombarda qoyduğu qızıllarını 8 ildir ki, geri ala bilmir. O iddia edir ki, aldığı pulu vaxtında ödəyib, amma qızıllarını Sumqayıt şəhərindəki lombarddan hələ də əldə edə bilməyib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İlham İmanov 2013-cü ildə özünə müəyyən məbləğdə vəsait lazım olduğu üçün "Lombard" MMC-nin direktoru Xəyal Abdullayevə müqavilə əsasında qızıl verərək pul götürüb. Elə həmin il də borcunu ödəyərək qızılını geri almaq istəyəndə isə problemlə qarşılaşıb. Vətəndaş indiyə qədər hələ də get -gəldə qalıb.

Biz də məsələnin nə yerdə olduğunu öyrənmək üçün şikayətçi ilə birgə sözügedən ünvana yollandıq. Lombard sahibi Xəyal Abdullayev qızılların qaytarılmamasına səbəb kimi onların əməkdaşlıq etdiyi bankda problemin çıxmasını göstərdi. O, qızıl-zinət əşyalarının yaxın vaxtlarda qaytarılacağına söz verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.