Cəmiyyət

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

17 Avqust 2021 23:08
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Yanğın zamanı 100 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.