Cəmiyyət

Nərimanovda 23 ağac yanıb

15 Avqust 2021 22:35
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yaşıllıq ərazidə baş verən yanğın zamanı 23 ağacın yandığı məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

"Hazırda təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək", deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.