Cəmiyyət

Qəhrəman şəhidimiz Muraz Məhərli şərəfli döyüş yolu keçib - VİDEO

14 Avqust 2021 13:34
0 Şərh     Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hələ uşaq yaşlarından Milli Qəhrəman olan dayısı Fariz Mədətova baxıb, o da hərbçi olmağı arzulayırdı.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,Muraz Məhərli 1993-cü ilin 21 dekabrında Yevlaxın Salahlı kəndində dünyaya göz açıb. 

Hərbi xidməti başa vurduqdan sonra, 2016-cı ildən MAXE olaraq ordu sırlarında xidmətə başlayıb. Muraz Vətən müharibəsinin ilk günlərindən yüksək əhval- ruhiyyədə döyüşlərə qatılıb. Tərtər-Suqovuşan istiqamətində hərbçi yoldaşları ilə bərabər düşmənə sarsıdıcı zərbələr endirərək onların xeyli canlı qüvvəsini və texnikasını məhv edərək iki postu azad edib.

Muraz hər zaman dostları, yaxınları ilə söhbət zamanı torpaqlarımızı düşməndən azad edəcəklərinə söz verirdi. Şuşaya qədər irəlləyib, qələbə xəbərini çatdırmaq arzusunun olduğunu bildirirdi.

Şəhidlik zirvəsinə yüksələn Muraz Məhərli ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.