Cəmiyyət

Qəza törətdi, maşını yolda atıb getdi - Avtomobil sahibi iki aydır ki, maşınına sahib çıxmır - VİDEO

14 Avqust 2021 12:49
0 Şərh     Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəza törətdi, maşını yolda atıb getdi - Avtomobil sahibi iki aydır ki, maşınına sahib çıxmır
Göyçayda avtomabillə qəza törədən sürücü maşını yol kənarında qoyaraq gedib. Hadisədən iki aya yaxın müddət keçib, amma hələ də minik maşını yolun kənarındadır.

Minik maşınının yol kənarında saxlanılması həm sakinlər, həm də sürücülər üçün təhlükə yaradır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər deyir ki, sürücü qəzadan sonra avtomobili yolun yaxınlığında saxlayaraq gedib. Bu da hərəkətdə olan maşınlar üçün təhlükədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov "Xəzər Xəbər"ə bildirib ki, avtomobilin sürücüsü Bakı sakini Rəsul Abbasovdur.

Onun avtomobil artıq yol kənarından götürülərək duracağa yerləşdirilib.

Həmin şəxs polisə müraciət edərək avtomobilini duracaqdan götürə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.