Cəmiyyət

Həkim-infeksionist: Vaksinlərin fəsadları ilə bağlı qorxular əsassızdır - VİDEO

13 Avqust 2021 10:40
0 Şərh     Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyası dövründə bəzi insanların ortaya atdığı əsassız fikirlər cəmiyyətin beynini qarışdırır. Koronavirusa qarşı peyvəndlənmənin əhalidə bu qədər qorxu yaratması isə sadəcə təəssüf doğurur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri həkim-infeksionist Emil Qasımov bildirib.

O deyib ki, müasir dövrdə yan təsiri olmayan hansısa preparat yoxdur. Vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxular isə əsassızdır. Çünki yan təsirlər həyati əhəmiyyət kəsb etmir.

Müəyyən xəstəlikləri olan insanların əksəriyyəti həmin xəstəliklərinə görə narahatlıq keçirir və vaksin vurdurmaqdan qaçırlar. Amma əksinə, məhz elə bu xəstələr ilk olaraq vaksin olmalıdırlar. Çünki onlar risk qrupunda olan insanlardır.

Həkim-infeksionist əlavə edib ki, dünya ölkələrində 9 aydır ki, vaksinasiya prosesi aparılır. Amerikada 340 milyon doza vaksin vurulub, İngiltərə və İsraildə isə əhalinin 70-80%-i peyvəndlənib. COVID-19-dan zərər görənlər peyvənddən ziyan çəkənlərdən dəfələrlə çoxdur. Ona görə də milyonda bir görülən təhlükə üçün peyvənddən qaçmaq məsləhət deyil.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.