Cəmiyyət

Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır - XƏBƏRDARLIQ - VİDEO

9 Avqust 2021 12:34
0 Şərh     Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi tikinti materialları bir sıra xəstəliklərə yol açır. Bu səbəbdən mütəxəssislər xəbərdarlıq edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, tibb üzrə fəlsəfə doktoru Şəmsiyə Namazlının sözlərinə görə, dekorativ boyaların çoxunda istifadə olunan qurğuşun, xüsusilə sinir sisteminə mənfi təsir edir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərkibində qurğuşunun çox olduğu boyalardan  istifadə olunan evlərdə yaşayan uşaqlarda əqli cəhətdən geriləmə olduğu sübuta yetirib.

Elə vətəndaşların özləri də qiymətin ucuz olmasına görə bəzən keyfiyyətsiz məhsullara  üstünlük verdiklərini  deyirlər. Lakin indiyə qədər onlara satıcılar tərəfindən  materialda istifadə edilən kimyəvi maddələr barəsində ətraflı məlumat verilməyib.

Həkim onu da qeyd edir ki, vətəndaşlar satın aldıqları məhsulların sertifikatını tələb etməlidirlər.           

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.