Cəmiyyət

Yevlaxda yük maşını ilə toqquşan mikroavtobusun sürücüsü komaya düşüb

31 İyul 2021 22:12
0 Şərh     Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlaxın Mərkəzi Xəstəxanasının yaxınlığından keçən magistral yolda baş verib.

Kiçik tutumlu "Ford" markalı mikroavtobus "Shacman" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Əzizli Vüsal Qüdrət oğlu ağır kəllə-beyin travması alaraq komaya düşüb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.