Həkim: Pandemiyanı endemiya şəklində görməyincə, onun bitdiyini deyə bilmərik
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar ölkəmizdə koronavirusa yoluxma hallarının artımı gözlənilən idi. Çünki dünyanın hər bir ölkəsində açılmalara gedəndən sonra yoluxma sayında yüksəlmələr müşahidə olunur. Azərbaycanda iyunun 29-dan etibarən müntəzəm olaraq hər gün yeni yoluxanların sayı sağalanların sayını üstələməyə başlayıb. Son bir ay ərzində 6 min yeni yoluxma faktı qeydə alınıb və 3500 aktiv xəstə sayı artıb. Gündəlik yoluxma ortalaması 200-ə qədərdir. Vəziyyətin dramatik olduğunu deməzdim. Çünki bu gün əhali yanvar ayındakı kimi təşviş içində deyil. Ona görə ki, əlimizdə peyvənd var. Qərb dövlətlərinin və öz sağlamlıq sistemini vaksin siyasəti üzərində quran dövlətlərin ənənəsini götürsək, onlarda peyvəndləmə nə qədər yüksəkdirsə, yoluxmanın bir o qədər aşağı olduğunu görürük. Düşünürəm ki, yoluxma tendensiyası belə davam edərsə, əhali peyvənd vurdurmağa daha maraqlı olmalıdır. Nə qədər tez vaksinasiyadan keçsək, bir o qədər tez açılmalara gedə bilərik.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim Ümüd Səlimzadə deyib.
Həkim bildirib ki, hökumət mayın sonları çox təqdirəlayiq addım atdı və peyvənd pasportu məsələsini gündəmə gətirdi: "Həmin günə qədər ölkəmizdə vurulan peyvənd dozalarının sayı 2 milyona qədər idi və o müddətdən növbəti brifinqə - iyulun 26-dək vurulan vaksin dozalarının sayı 4,5 milyonu ötdü. Ay ərzində ortalama 1,25 milyon doza vaksin vuruldu. İki aydan sonra peyvəndlənmənin sürəti hökuməti qane etmədiyinə və yoluxmanın tendensiyası artdığına görə, peyvəndlənmə siyasətinin növbəti addımı atıldı. Bu, gözlənilən idi. Çünki biz tələbələrin dərslərdə canlı iştirakını təmin etmək istəyiriksə, təhsil işçilərinin və dərsdə iştirak edən tələbələrin vaksinləşməsini görməliyik. Ona görə də hökumət bu addıma getdi. Həmin addımın nəticəsini görürük. Çünki son günlərə qədər birinci mərhələ üzrə peyvənd vuruduranların sayı az idi, artıq bu rəqəmdə yüksəlmə görürük. Bu da onu göstərir ki, əhali öz rahatlığının təminatı üçün vaksinasiyaya gedir.
Əhalimizin şənliklərə və istirahətə düşkün olduğunu nəzərə alan hökumət alış-veriş, istirahət mərkəzlərinə, toylara getməkdən ötəri COVID pasportu tələbini müəyyən qədər sərtləşdirdi. Bu tələbdən sonra böyük sıçrayış görəcəyimizi düşünürəm. Çünki bunun başqa yolu yoxdur. Hər kəsi yoluxdurub, xəstələndirib, onlarda hər hansı bir zədə buraxıb təbii immunitet yarada bilmərik. İnsanlara kənardan immunitet verməliyik. Peyvəndləmədən iki həftə sonra sərbəst həyatda daha rahat nəfəs ala bilərik".
"Ümumiyyətlə, bütün infeksion xəstəliklərin özünəməxsus üç böyük dalğası olur. İkinci böyük dalğa, üçüncü orta dalğa olur. Bundan sonra da kiçik dalğalar onu müşahidə edir. Hazırkı dalğa dördüncü dalğa adlanırsa, bunun çox sərt olacağını düşünmürəm. Çünki əhalinin peyvəndlənməsi aparılır. Bundan sonra da dalğalar ola bilər. Pandemiyanın yaxın vaxtlarda bitəcəyini düşünmürəm. Çünki pandemiyanı endemiya şəklində görməyincə onun bitdiyini deyə bilmərik", - deyə Ü.Səlimzadə bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
XƏBƏR LENTİ
-
Yamal futbolda əsas hədəfini açıqladı
-
Eşidənlər zeytun tumunu artıq zibilə atmır
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)





